5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Emin Mahmudovun “Neftçi”dən tələbi - yarım milyon dollar

Emin Mahmudovla “Neftçi” arasında yeni müqavilə ilə bağlı danışıqlar davam edir.

Futbolxeber.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, tərəflər maddi məsələdə ortaq məxrəcə gələ bilmirlər. Belə ki, “Neftçi” kapitanına illik 300 min dollar təklif edib. Mahmudov isə “ağ-qaralar”dan 500 min dollar istəyir.

Eminin “Neftçi”yə “qiymət oxuması”nın əsas səbəbi digər klublardan aldığı təkliflərdi. Belə ki, Türkiyə də daxil olmaqla 2-3 ölkədən futbolçuya sərfəli təkliflər var. Hətta adı açıqlanamayan Türkiyə klubu Mahmudova istədiyi illik 500 min dollar maaşı ödəməyə hazırdı.

Lakin Mahmudov “Neftçi”dən getmək istəmir. Son illər “ağ-qaralar”ın uğurları üçün çalışan təcrübəli yarımmüdafiəçi hazırkı mühitini dəyişmək istəmir. Bu səbəbdən də mənbəmiz bildirir ki, böyük ehtimalla, qarşıdakı günlərdə tərəflər razılığa gələcəklər.

İBRAHİM

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31