5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Şahin Diniyev: “Ötən mövsüm olanları yenidən yaşamaq istəmirik”

“Artıq yeni mövsümün məşqlərinə start vermişik. 1 həftə Bakıda hazırlıq keçəcəyik. Hazırlıq prosesi çərçivəsində 1 yoxlama oyunumuz da nəzərdə tutulub. Daha sonra Ərzuruma yollanacağıq. Orada 2 həftə ərzində ağır məşqlərimiz olacaq. Türkiyədə 3 yoxlama görüşü keçirəcəyik. Daha sonra vətənə qayıdıb, çempionatın startına kimi Bakıda hazırlaşacağıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Artıq yeni mövsümün çalışmalarına start verən paytaxt klubu hazırda yeni legionerlərin yolunu gözləyir: “Tezliklə düşərgəmizə yeni futbolçular qoşulacaq. Artıq danışıqları yekunlaşdırmaq üzrəyik. Danışıq apardığımız futbolçurla böyük ölçüdə razılıq əldə etmişik. Yeni transferlərin bəziləri Bakıya gələcək, bəziləri isə Ərzurumda komandaya qoşulacaq. Yerli futbolçularla transfer çalışmalarını bitirmişik. Yeni transferlərimizin hamısı legionerlərdi. Problemli mövqelərimiz var və onları mütləq gücləndirməliyik”.

“Daha çox hansı mövqeləri gücləndirmək istəyirsiniz” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Həmin mövqeləri açıqlamaq istəməzdik. Hər mövqedə yeni futbolçuya ehtiyac var. Çünki istəyirik ki, komanda da rəqabət olsun”.

Sonda Diniyev komandasının növbəti mövsümdəki hədəfləri bərədə də danışıb: “Ötən mövsüm olanları yenidən yaşamaq istəmirik. Ona görə də qarşıdakı çempionata ciddi hazırlaşırıq. Daha əvvəl də dediyim kimi, əsas məqsəd ilk altılığa düşməkdu. Sonra isə vəziyyətdən asılı olaraq  mümkün olduğu qədər yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31