5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Region Liqasının qalibi müəyyənləşdi

Bu gün Tovuz şəhər stadionunda Region Liqasının finalında “Çinar-Zəngilan” və “Qusar” komandaları üz-üzə gəlib.

Futbolxeber.az saytının məlumatına görə, həlledici oyunda rəqibi üzərində 2:0 hesablı qələbə qazanan “Qusar” AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olub.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Qusar” komandasının üzvü Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə 2022/2023-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Daha sonra müvafiq olaraq, II yerin sahibi “Çinar-Zəngilan” və qalib “Qusar” komandasına medallar və kubok təqdim edilib.

Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31