5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Fariz Nəcəfov: "Qəbələ" Konfrans Liqasında iştirak etməyə layiqdir"

"Komandaya, məşqçilər heyətinə təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm".

Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri oyundan (1:0) sonra söyləyib

O, komandanın heyətini qoruyub-saxlamağın çətin olduğunu deyib: "Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq".

Klub prezidenti yaxında komandanın baş məşqçisi Elmar Baxşıyevlə müzakirələr aparacaqlarını deyib: "Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik".

F.Nəcəfov bildirib ki, büdcə ilə bağlı dəyişiklik yoxdur: "Xeyr. Ciddi bir dəyişiklik yoxdur".

O, "Qəbələ"nin Konfrans Liqasındakı şansını da dəyərləndirib: "Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm".

Klub prezidenti komandanın legionerlərinə edilən transfer təklifləri haqqında danışıb: "Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub "Qəbələ"dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər".

"Qəbələ" iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. F.Nəcəfov bu haqda deyib: "Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsünüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq".

O, sonda Elmar Baxşıyevin "Qəbələ"də qalacağını qeyd edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31