5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"İndiki məqamda kubok daha vacibdir, nəinki yeni müqavilə"

"Yaxşı komandaya qarşı oynayacağıq. "Qəbələ" topla oynamağı sevir. Çalışırlar ki, daha çox topa nəzarət etsinlər. Öz oyunumuzu göstərərək, qələbə qazanmaq istəyirik. Finaldır. Hamı qazanmaq istəyir. Çalışacağıq ki, hər şeyi edək və kubok bizim olsun".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan kubokunun finalında sabah "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, hər iki komandanın kubok üçün mübarizə aparacağını deyib: "Qəbələ" də bizim kimi kuboku istəyir. Ona görə də deməzdim ki, təzyiq bizdə daha çoxdur. Hər iki tərəfdə eynidir. Bütün komandalar titul qazanmaq istəyir".

31 yaşlı yarımmüdafiəçi klubdakı gələcəyi ilə bağlı da danışıb: "Hələ düşünməmişəm. Mənim üçün ilk kubok finalıdır. Bütün konsentrasiyam oyunadır. Müqavilə o qədər də böyük problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki yeni sözləşmə məsələsi".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu saat 20:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31