5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Neftçi" final sayında "Qarabağ"ı qabaqladı

“Neftçi” 11-ci dəfə Azərbaycan Kubokunun finalında oynayacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu, 1992-ci ildən keçirilən yarışda mütləq rekorddur. Əvvəlki 10 finalda 6 dəfə qalib olan bakılılar 4 dəfə mükafatsız qalıb.

“Ağ-qaralar” 11-ci dəfə həlledici oyuna çıxmaqla “Qarabağ”ı arxada qoyacaq. Ağdam klubu 10 dəfə final oynayıb.

“Qəbələ” isə 5-ci dəfə belə görüşün iştirakçısı olacaq. Əvvəlki 4 finalın birində kubok qazanan “qırmızı-qaralar” “Xəzər Lənkəran”a çatacaq.

Ümumiyyətlə, əvvəlki 28 finalı və “Bakcell Arena”da keçiriləcək matçı nəzərə alsaq, həlledici görüşlərdə 18 komanda iştirak edib: “Neftçi” - 11, “Qarabağ” – 10, “İnter” (indiki “Şamaxı”) - 6, “Xəzər Lənkəran”, “Qəbələ” - 5, “Kəpəz” - 4, “Bakı” - 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt” - 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad), “Zirə” - 1 (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31