5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Neftçi"nin prezidenti İtaliyanın ölkəmizdəki səfiri ilə görüşdü

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Errea” şirkətinin ixrac sahəsi üzrə meneceri Karlo Stronati tərəflər arasında müqavilənin imzalanma mərasimindən sonra İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüblər.

Futbolxeber.az saytının məlumatına görə, görüş zamanı cənab səfir “Neftçi” ilə İtaliya şirkəti arasında əməkdaşlığın bu iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi baxımından böyük töhfə verəcəyini bildirib. İtaliya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə İtaliyada tanınması baxımından böyük önəm daşıdığını vurğulayıb.

Daha sonra gələcəkdə hər iki şirkətin birlikdə Azərbaycanda müxtəlif korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin “Neftçi”nin Futbol Akademiyası komandalarının gələcəkdə səfirliyin və “Errea” şirkətinin dəstəyilə İtaliyada təşkil olunan turnirlərdəki iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31