5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Kamran Quliyev: "Bu müqavilə ölkə futbolu tarixində ilkdi"

"Bütün futbol dünyası bu həftə final həftəsini yaşayır. Bizim də finalımız var. Birigün final matçına çıxırıq. Bu dönəmdə də aktivliyimiz də göz qabağındadır. Yaxın gələcəkdə digər sponsorlarla da müqavilələr olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

Flaqman bu gün İtaliyanın "Errea" şirkəti ilə texniki sponsorluq müqaviləsi imzalayır. 

Bununla bağlı təşkil olunan tədbirdə çıxışı zamanı "Neftçi"nin prezidenti bu əməkdaşlığın ölkə futbolu tarixində ilk olduğunu bildirib:

"Ölkəmizdə ilk dəfə texniki sponsorluq müqaviləsi imzalayır. İllər ərzində müxtəlif şirkətlərdən alırdıq paltarları. Bu müqavilələr daha çox seçimimizə bağlı idi. Sadəcə birbaşa istehsalçı və ya distrubüturlar tərəfindən təklif olunan formaları alırdıq. Bir neçə il ərzində bizə müxtəlif şirkətlər belə təkliflər irəli sürüb. Amma klubumuzun həm adına, həm tarixinə, eyni zamanda da onun maddi tərəfi bu məsələyə son illər ərzində hər hansı şirkətlə ortaq məxrəcə gələ bilmirdik. Aparıcı istehsalçılar əfsuslar olsun ki, Azərbaycan futbol bazarlarına marağı yüksək deyil. Böyük şirkətlərin heç Azərbaycanda rəsmi nümayəndəlik açmayıblar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31