6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

ÇL: “Qarabağ” pley-offda səpələnmişlər sırasında yer ala bilər

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər.

Futbolxeber.az saytının məlumatına görə, bunun üçün Ağdam klubu ilk növbədə özü həmin raunda qədər irəliləməli və daha yüksək reytinqə malik 2 komandanın büdrəməsinə ümid etməlidir.

Turnirə I təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu mübarizəni davam etdirəcəyi təqdirdə, ilk üç raundda səpələnmişlərdə qərarlaşacaq. Əgər favoritlərin hamısı sona qədər irəliləsə, o zaman Qurban Qurbanovun kollektivi pley-offun püşkatmasında səpələnməmişlərdə yer alacaq. Belədə Azərbaycan komandasının potensial rəqibləri “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Yanq Boyz” (İsveçrə) və “Qalatasaray” (Türkiyə) olacaq. Bu klublardan yalnız “Yanq Boyz” ÇL-ə məhz pley-offdan başlayacaq.

“Dinamo”, “Kopenhagen”, “Qalatasaray”, həmçinin, “Qarabağ”dan daha çox reytinq xalına malik olan Macarıstan təmsilçisi “Ferentsvaroş”un uğurlu çıxışı Azərbaycan klubunun işinə yaramayacaq. Adıçəkilən klublardan ikisinin əvvəlki mərhələlərdə büdrəməsi “Qarabağ”ın qrup öncəsi son raundda səpələnmişlərə düşməsi üçün yetərli olacaq.

Bu komandalardan “Ferentsvaroş” I, digərləri isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında pley-offun püşkatması avqustun 7-də olacaq. Bu mərhələnin oyunları isə avqustun 22-23-də və 29-30-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31