5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qarabağ”ın hücumçuları Avropanın ən məhsuldar cütlükləri sırasındadırlar

“Qarabağ”ın futbolçuları Ramil Şeydayev və Musa Qurbanlı 2022/2023 mövsümündə Avropanın ölkə çempionatlarındakı ən məhsuldar üç cütlüyündən biri olub.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin hücumçuları Premyer Liqanın geridə qalan mövsümündə birlikdə 43 qola imza atıblar.

“Köhnə dünya”da cəmi üç klubun iki forvardı daxili birincilikdə 20 qol həddinə çatmağı bacarıb. Şeydayev 22 topla Azərbaycan çempionatının bombardiri olubsa, Qurbanlı ondan cəmi 1 qol geri qalıb.

Belə bir bənzərliyi yalnız Lüksemburq klubu “Hesperange” və Türkiyə təmsilçisi “Fatih Karagümrük”də müşahid etmək olar. “Hesperange”nin iki üzvü birlikdə 62 dəfə rəqib qapılarına yol tapıb. Rayan Fillip 33 qolla bombardir olubsa, ikinci yerdə 29 topla onun komanda yoldaşı Dominik Stolts qərarlaşıb.

“Fatih Karagümrük”ün isə iki əcnəbi oyunçusu hərəyə 20 qolla diqqət çəkib. Bunlar Fabio Borini və Mbaye Diandır. Super Liqada mövsümün sonuna 3 tur qaldığından, onlar qol saylarını artıra bilərlər.

Qeyd edək ki, Ramil Şeydayev mövsümün son turunun ardından “Qarabağ”la yollarını ayırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31