5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb, ilk transferini edib

Azərbaycan Premyer Liqasında mövsümü altıncı pillədə başa vuran “Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, onlardan ikisi yerli, ikisi isə əcnəbidir.

Ötən mövsümü icarə əsasında bölgə təmsilçisinin heyətində keçirən yarımmüdafiəçilər Turan Vəlizadə və Şakir Seyidov müqavilə ilə məxsus olduqları komandalara dönüblər. Məşqçilər korpusu “Neftçi” və “Sabah”ın oyunçularının qalmasında maraqlı olmayıb.

Qərblilər əcnəbilərdən isə cənubi afrikalı müdafiəçi Xulu Siyanda və nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu ilə vidalaşıblar. Hər iki afrikalının başa çatan sözləşməsinin yenilənməməsi qərara alınıb.

“Turan Tovuz”un heyətinə qatdığı ilk oyunçu isə Aydın Bayramov olub. “Sumqayıt”dan ayrılan 27 yaşlı qapıçı tovuzlularla müqavilənin bütün şərtlərini razılaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31