2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Ukraynalıların Azərbaycan rekordu təkrarlandı

“Sabah”ın futbolçusu Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məıumata görə, o, bir mövsümdə yüksək liqada ən çox qol vuran ukraynalı oyunçu rekordunu təkrarlayıb.
 
Bu, Premyer Liqanın 32-ci turunda “Şamaxı” ilə matça təsadüf edib. Komandasının 1:0 hesablı qələbəsinin memarı olan Kaşuk cari mövsüm qollarının sayını 15-ə çatdıraraq, həmyerlisi Leonid Kalfaya məxsus rekordu təkrarlayıb.
 
“Neftçi”də çıxış etmiş Kalfa 1998/1999 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. O, həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15 qola çatıb.
 
Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/2009) yer alıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31