2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Sabah”ın futbolçuları autlarda topu götürmək istəmirdilər”

"Sabah" haqda çox şey danışmaq olar. Əla komandadır. Turnir cədvəlinin fərqli mövqelərində olsaq da, onlarla matçlarımız həmişə dinamik və maraqlı keçib”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının XXXII turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, komandasının yenilgisini belə şərh edib: “Komandamız dinamik və maraqlı oyun sərgilədi, layiqli mübarizə apardıq, rəqibdən çəkinmədik. Təəssüf ki, ilk dəqiqələrdən həyəcan var idi və bunu boğa bilmədik. Amma qoldan sonra toparlandıq və daha yaxşı "Şamaxı" gördük. Məğlubiyyətə xal verilmir. Amma bu cür gözəl oyun və mübarizə gələcəyə ümid verir ki,  Premyer Liqadakı yerimizi qoruyub-saxlaya bilərik”.

V.Əsgərli rəqib həmkarının cavabını verib: “Murad Musayev hər dəfə mətbaut konfransında qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, yerə yıxılırlar. Bu gün əksini gördük. Sevindirici deyil. Halbuki əllərində bu cür möhtəşəm futbolçular var. Amma "Şamaxı" gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. Hakim haqda biz də çox şey danışa bilərik, amma danışmırıq. Çünki hakim də insandır, səhv edə bilər. Bugünkü hakimlik möhtəşəm idi, əla oyun apardılar. Ancaq oyuna üç dəqiqə əlavə etdilər. Halbuki "Sabah"ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma "Sabah"a gələcəkdə uğurlar arzu edirəm”.

“Şamaxı”nın çalışdırıcısı Amil Yunanovun start heyətində yer almamasından söz açıb: “Son zamanlar Amil start heyətində yer alırdı. Düzdü, bəzən ikinci hissədə onu dəyişirdik. Amma bu da rəqibdən asılıdır. Qarşıda oyunlarımız var və Yunanov da 90 dəqiqə meydanda olacaq”.

Əsgərli hakimliklə bağlı narazılığının olmadığını söyləyib: “Bir futbolçu meydanda minlərlə səhv edirsə, hakim də robot deyil ki, insandır da. Ona görə də, hakimliklə bağlı heç bir etirazımız yoxdur. Sadəcə üç dəqiqə artırmalı deyildi. Bir az çox olmalı idi”.

O, Premyer Liqada qalacaqlarına inandığını bildirib: “Belə durumlara çox düşmüşük. Futbolçularımız əzmkarlıq, intizam göstərərək uğursuzluq zolağından çıxmışıq. Sona 4 tur qalsa da, mübarizə aparacaq və Premyer Liqada qalacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31