2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Tərlan Əhmədov: “Hakimdən razı qala bilmərəm”

“Oyunun ağır keçəcəyini əvvəldən bilirdik. Qarşılaşmadan öncə də bunu futbolçulara da söyləmişdim. 90 dəqiqə də gözləntilərimizi təsdiqlədi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXXII turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, bu cür matçların taleyini 1 qol həll edir: “Komanda mübarizə apardı. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik. Bu fəsildə, saat 4-də oynamaq çətindi. Qəbələdə hava bir qədər boğucu olur. Hiss olunur ki, komanda tam gücünü meydanda qoya bilmir. Buna baxmayarq, yaxşı oynadıq. Bu cür oyunların taleyini 1 qol həll edir. Bu gün də həmin qolu rəqib vurdu. Elə oldu ki, “Sumqayıt” real olaraq 1 dəfə qapımıza yaxınlaşdı, onda da fərqlənməyi bacardı. Təəssüf ki, Gəncədən gələn azarkeşləri sevindirə bilmədik. Uğurlu seriyamız qırıldı. Amma unutmaq olmaz ki, “Kəpəz” yeni formalaşmış komandadı. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək çətindi. Bu gün xoşbəxtlik “Sumqayıt” tərəfdə idi”.

T.Əhmədov növbəti turlarda Qəbələdəki oyunların daha gec saatda başlamalı olduğunu bildirib: “Qəbələdəki oyunlar 18:00-a təyin edilsə, daha yaxşı olar. Çünki günorta isti olur. Bilirik ki, Qəbələ dəniz səviyyəsindən hündürdədi, oksigen çatışmazlığı var, oynamaq çətindi”.

O, komandasının Premyer Liqada qalacağına inanır: “Qorxacağımız bir şey yoxdu. Məqsəd Premyer Liqada qalmaqdı. Bunun üçün 1 qələbə də bəs edər. Sumqayıtda biz qalib gəlmişdik, bu gün 3 xalı onlar qazandılar. Elə hesab edək ki, səfərdə rəqib udub, bu gün isə biz”.

Əhmədov matçın baş hakimindən də söz açıb: “Tural Qurbanov beş, ya altıncı dəfədi bizim oyunumuza təyinat alır. Gəncədəki “Sumqayıt”la oyunumuzu da o idarə eləmişdi. Olmayan cəriməni vermişdi, eləcə də əleyhimizə xırda folları. Bu gün də həmin ssenari idi. Bu hakimdən razı qala bilmərəm. Sarı verilmir, tez-tez fit səsləndirir, tempi öldürür. Çox danışmayacam. Amma bu hakimin olduğu oyunlarda məğlub oluruq”.

“Kəpəz”in çalışdırıcısı komandasının aparıcı üzvü Abdullahi Şuaybunun ehtiyatda qalmasına da aydınlıq gətirib: “Srağagün Şaybu məşqdə zədələndi, sona qədər hazırlıq keçə bilmədi. Bu gün də tam hazır deyil. Ona görə risk etməmək qərarına gəldim. Əvəzində Salif Sisseyə şans verdik. Onun çox yaxşı keyfiyyətləri var. Amma hiss olunur ki, hələ komandaya tam uyğunlaşmayıb”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31