5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Brkiç: “Turan Tovuz”a ilk oyundakı məğlubiyyətin təsadüfi olduğunu göstərdik”

“Turan Tovuz”a ilk oyundakı məğlubiyyətin təsadüfi olduğunu göstərdik”.
 
Futbolxeber.az saytının məlumatına görə. bunu “Neftçi”nin futbolçusu İvan Brkiç Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la keçirilən oyun barədə ölkəsi Xorvatiya mətbuatına açıqlamasında deyib.
 
28 yaşlı qapıçı Tovuzda 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, cavab qarşılaşmasında qazandıqları 2:0 hesablı qələbəyə layiq olduqlarını bildirib: “İlk oyundakı məğlubiyyətdən sonra cavab görüşü asan olmadı. Ancaq daha dəyərli olduğumuzu bilirdik. Yaxşı hazırlaşdıq, sakit qaldıq. Bir qol vursaq, ardını gətirəcəyimizə inanırdıq. Sonda belə də oldu”.
 
Brkiç “Qəbələ” ilə keçiriləcək final matçında qələbə qazanmağa çalışacaqlarını söyləyib: “Final görüşü stadionumuzda olacaq. Əlbəttə ki, bu, bizə üstünlük verəcək. Hədəfimiz mövsümü kubokla başa vurmaqdır”.
 
Qeyd edək ki, “Neftçi” ilə “Qəbələ” arasında Azərbaycan Kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31