5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Azərbaycanda son 10 ilin azarkeş rekordu

Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda - 5000 seyrçi olub. “Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb - 1300 izləyici.

Yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya - “Xəzər Lənkəran” - “Bakı” duelinə şahidlik edib.

2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən 2019/20 mövsümündə yarımfinal baş tutmayıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib.

Son 15 mövsümün yarımfinalında tamaçaçı sayı:

2008/09 - 4500

2009/10 - 15400

2010/11 - 21400

2011/12 - 6000

2012/13 - 16420

2013/14 - 9000

2014/15 - 7400

2015/16 - 12316

2016/17 - 9600

2017/18 - 10900

2018/19 - 5900

2019/20 - -

2020/21 - -

2021/22 - 4700

2022/23 - 12600

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31