5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Şahin Diniyev: “Finala bənzər bir oyun idi”

"Qəbələ"ni təbrik edirəm. Finala bənzər bir oyun idi. İstək, xarakter, emosiyalar var idi. Birinci hissədə biz daha dominant futbol oynadıq. Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Dİniyev Azərbaycan kubokunun "Qəbələ" ilə tarımfinalının cavab matçından sonra mətbuat konfransında eyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "46-cı dəqiqədə gördüyümüz qırmızı vərəqə bütün planlarımızı pozdu. Bir neçə oyundur rotasiya edirik. Üç gündən bir oyunlara gücümüzü saxlamağı düşünürdük. Komandama təşəkkür edirəm, xarakter göstərdilər. Qırmızı vərəqələr oyun epizodu idi, buna etiraz edə bilmərik. Adil Nağıyevin aldığı qırmızı vərəqə isə yersiz idi. Düzdür, çox şeyi dəyişməyəcəkdi. Amma oyun nizam-intizamı var. Onun hərəkətini heç bəyənmədim. Özünə də iradımı bildirdim. Hakimin gözündən qaçan bəzi kiçik foullar var idi. Onlar da böyük fəlakətə gətirib çıxarırdı. Komandanın göstərdiyi oyun xoşuma gəlir. Artıq oturuşmuş oyun sistemimiz var. Qarşıda beş oyunumuz var. Şanslarımız var. Bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Artıq rotasiyalar qurtardı. Əsas heyətin futbolçuları oynadıqdan sonra nəticə olacaq. İnanıram ki, Qəbələdən uğurlu nəticə ilə qayıdacağıq".

Diniyev 10 gün ərzində "Qəbələ" ilə 3-cü dəfə qarşılaşacaqları ilə bağlı isə deyib: "Bu gün oyundan əvvəl bu sözü dedim. Eyni rəqibi 6 dəfə təhlil etmişik. Futbolçulara dedim ki, artıq kimin necə oynadığını özünüz bilirsiniz. Bir rəqiblə 6 dəfə oynamaq çox çətindir. Məcburuq. İrəli getməliyik. Premyer Liqada qalmaq istəyiriksə, irəlidə oynamağa məcburuq".

Baş məşqçi yersiz qırmızı vərəqə alan futbolçusu Adil Nağıyevi intizamsızlığına görə cəzalandırmayacağını bildirib: "Həm komandanın içində, həm də təklikdə ona sözümü dedim. Düşünürəm ki, səhvini anladı".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31