5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Cansu Bektaş: "Dəvət üçün cənab İlham Əliyevə təşəkkür edirəm"

"Bizi buraya dəvət etdikləri üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Bakıda qarşılama zamanı deyib.
 
20 yaşlı idmançı gözəl qarşılanmaya görə xoşbəxt olduğunu bildirib: "Özümlə qürur duyuram. Türkiyə hər zaman dost və qardaşdır. Azərbaycan xalqını çox sevirəm. Federasiya prezidenti Talat Ünlüyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəlmişik. Mən medalımı Azərbaycana həsr etdim. Bunu mənim ağlıma gətirən də Talat Ünlü idi. Dostum Nazilə İsmayılovaya söz vermişdim. Sözümü tutduğum üçün də sevinirəm".
 
Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova isə öz növbəsində həmkarının Bakıya gəlməsinə görə çox sevindiyini söyləyib: "Bunun üçün şad oldum. Cansu ilə yaxşı dostluğumuz var. Ondan çox razıyam. Həmişə var olsun, onu çox istəyirəm. Dostluğumuz Türkiyədəki İslam Həmrəylik Oyunlarında başlayıb".
 
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər ("Report").
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31