5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Qəbələ": 10-cu dəfə finalın bir addımlığında

 
Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
 
Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” bu gün “Səbail”lə üz-üzə gələcək. Finala vəsiqə qazanmaq üçün mübarizə aparan “qırmızı-qaralar” ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib.
 
Komanda cari mövsüm kubokda məğlubiyyətsiz irəliləyir. 1/8 finalda “Araz Naxçıvan” (5:0), 1/4 finalda “Qarabağ”la (2:2, 1:0) görüşən “Qəbələ” 4 matçda 3 qələbə və 1 heç-heçəyə nail olub.
 
Bu, klub tarixində 10-cu yarımfinal duelidir. Kubokda 2005/06 mövsümündə debüt edən “qırmızı-qaralar” 18 cəhddən 8-də mübarizəni daha erkən dayandırıb.
 
Əvvəlki 9 yarımfinaldan dördündə mərhələ adlayan “Qəbələ” bir dəfə (2018/19) kubokun qalibi, üç dəfə (2013/14, 2016/17, 2017/18) finalçısı olub. Dörd dəfə “qırmızı-qaralar” mövsümü yarımfinalda başa vurub. Koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə isə bu mərhələnin görüşləri baş tutmayıb.
 
“Səbail” üzərində qazanılan qələbə yarımfinalın ilk oyunlarındakı 4-cü uğurlu nəticədir. Əvvəlki üç cəhddə "Qəbələ" üstünlüyünü əldən verməyərək finala adlayıb.
 
Ümumilikdə isə “ASCO Arena”dakı qarşılaşma kubokda 79-cu sınaq olacaq. 42 qələbə və 19 heç-heçəsi olan “qırmızı-qaralar” 17 dəfə uduzub. 131 qol vuran futbolçular 75 top buraxıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31