5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Neftçi” yeni rekorda imza atıb

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub.
 
“Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.
 
Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıblar. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.
 
Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda uduzub.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31