5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Regekampf: “Finalda uduzmaq ağlımdan belə keçmir”

“Sevinirəm ki, komandam ilk dəqiqələrdən sona qədər futbol oynamağa çalışırdı. Biz bütün komponentlərdə rəqibi üstələmişdik. Məğlub da ola bilərdik. Son 3-4 oyunda bəxtimiz gətirmirdi. Amma hazırda sevinirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf ölkə kubokunun yarımfinalın cavab matçında “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Rumın mütəxəssis komandasının kubokun finalına yüksəlməsini belə şərh edib: “Kubok matçları hər zaman fərqli olur. Sevinirik ki, finalı doğma stadionumuzda keçirəcəyik. Bir aya qədər vaxtımız var ki, istədiyimiz kimi hazırlaşaq. Hər şeyi edəcəyik ki, kuboku qazanaq".

O, rəqibin böyük qüvvə ilə müdafiə olunduğunu bildirib: “Rəqib 6 oyunçu ilə müdafiə olunurdu. Ona qarşı nə taktika fikirləşə bilərəm? Hər epizodda yerə yıxılıb, vaxt aparırdılar. İki dəfə top qapı tirinə tuş gəldi, matçın gedişində iki qol vurduq, bəxtsizlik oldu, sayılmadı. Bir sözlə, çətin idi. Cinahdan rəqibi yarmağa çalışdıq. Həm Ömər Buludov, həm Azər Salahlı oyuna güclü qoşulmağa çalışdı. Sezar Meza Kolli topla olanda təhlükə yaradır. Yeqor Boqomolski elə hücumçudur ki, ona qarşı oynamaq çətindir. Yeqorun ötürməsi bizi finala daşıdı. Meydanda hər bir oyunçu bacardığını etməyə çalışdı. Rəqib arxaya divar hörəndə, çətin olur. İnanın ki, əminliklə deyə bilərəm ki, ikinci dəqiqədəki qol sayılsaydı... Xatırlayırsız, "Kəpəz"lə matçda son dəqiqələrdə qol vurduq, xətti başqa cür çəkmişdilər. Mən gördüyüm o idi ki, Emin yox idi ofsayd epizodunda. Bəlkə Ata Caber var idi. Ömərin epizoduna baxsaq, ona cərimə təyin olunursa, onda Tovuzdakı matça nəzər yetirək. Şəhriyar Əliyev Mateus Saldanyanı harada tuturdu, vururdu. Toplu və topsuz”.

“Neftçi”nin çalışdırıcısı indidən avrokuboklar barədə düşünməyin erkən olduunu vurğulayıb: “Gəlin, avrokuboklar haqda indidən danışmayaq. Çünki final oyunumuz var. Futbolçuları hazırlamalıyıq. Bəzi oyunçularımız zədəlidir, onlarla maraqlanmalıyıq. Ata Caber, Eddi İsrafilov, Azər Əliyev 100 faiz hazır deyil. Bu ay onlarla işləməliyik. Bütün konsentrasiyanı finala yönləndirəcəyik. Həm də çempionat matçlarına. Mövsüm tam bitdikdən sonra qarşıdan gələn mövsümün planları haqda danışa bilərik. Amma biz bəzi dəyişikliklərə hazırıq. Komandanı daha güclü etmək istəyirik”.

Regekampf Yeqor Boqomolski haqda ayrıca söz açıb: “O, gəncdir. Əvvəldən meydana çıxanda 10 km qaçır. Ona qarşı oynamaq çətindir. Hər zaman hərəkətlidir, qapıya doğru gedir. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Mateus Saldanyaya da rəqabət lazımdır. Saldanya istədiyimizi edə bilməyəndə, dərhal Yeqorla dəyişiləcək. Ümid edirəm ki, qarşıdakı mövsümdə ehtiyat oyunçular skamyamızda əlavə oyunçular olacaq. Çünki bəzi məşqlərdə əvəzedici heyətdən 6-7 oyunçu çağırırıq ki, məşqlərdə kifayət qədər oyunçu olsun. Belə olanda, futbolçular istədiyi səviyyəyə gəlib çata bilmir. Çünki həftəboyu ancaq rəqib kimi əvəzedici heyətə qarşı oynayırsansa, matçda fərqli şəkil görünür. Daha güclü olmaq üçün, daha güclü rəqabət lazımdır. Futbolçular istədiyimiz səviyyədə çıxış etməyəndə, onlar ehtiyatda oturacaq və digərləri oynayacaq. Onda "Neftçi" daha güclü olacaq”.

“Neftçi”nin çalışdırıcısı finaldan da söz açıb: “Kubok oyunları çempionat matçlarından fərqli keçir. Finalda evimizdə oynayırıq. Biz hazır olmalıyıq. Çünki bir oyundur. Hər bir komanda qalib ola bilər. Finalda uduzmaq çox üzücüdür, ona görə də bu, ağlımdan da keçmir”.

O, finaldakı rəqibin adının ciddi önəm daşımadığını qeyd edib: “Rəqibləri müqayisə edə bilmərik. Final oyunudur, rəqib hansı komanda olur olsun, həmin gün çox yaxşı hazırlıq, istəkli olacaq. Əgər oynayacağın rəqibin səndən zəif olduğunu düşünsən, oyuna 100 faiz konsentrasiyalı çıxmasan, uduzarsan”.

Rege "Neftçi"nin Premyer Liqanın XXXII turunda "Qarabağ"la oyununun vaxtını dəyişdirilməsinə də münasibət bildirib: “Qələbə "Neftçi"yə daha yaxşı təsir edir. Atmosfer daha yaxşı olur. Bu mövsümdə ilk dəfə "Qarabağ"a qalib gəlməyə çalışacağıq. Asan matç olmayacaq. Ümid edirəm ki, bu yarımfinal matçından sonra komandanı istədiyim səviyyəyə gətirib çıxara biləcəm. Əlbəttə ki, böyük emosiya dolu oyun olacaq. Mübarizə gedəcək. İki komanda da futbol oynayacaq. Kimin günü daha yaxşı olacaq, o komanda da qalib gələcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31