5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Ayxan Abbasov: “Neftçi” bizi müdafiə olunmağa məcbur etdi”

“Bilirdik ki, evdəki qələbəmiz "Neftçi"ni daha da aqressivləşdirəcək. Hər zamankından fərqli ilk dəqiqələrdən təzyiqi hiss etdik. Futbolçularım onların qarşısını ala bilirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, komandasının yenilgisini belə şərh edib:   “Sonda yorğunluq öz sözünü deyirdi. Rəqib cərimə zərbəsindən qol vurdu və psixoloji üstünlük əldə etdi. İkinci qol qismət idi. Top gəlib oyunçunun önünə düşdü. Təəssüf ki, finala adlamaq mümkün olmadı. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm. Azərbaycan futbolunda belə ab-hava üçün darıxmışdıq. İnanıram ki, böyüyəcəyik və bundan da yaxşı olmağa çalışacağıq. Vaxt lazımdır. Futbolçular belə oyunlar oynamalıdır. Üzgün olsaq da, qarşıda bizi çempionat gözləyir. Kuboka çox kökləndiyimiz üçün çempionatdakı stabilliyimizi itirmişdik. Çətin də olsa, bu il liqada qalıb, daha yaxşı olmağa çalışacağıq”.

Mütəxəssis komandasının tam gücü ilə müdafiə olunmasının səbəbini belə izah edib: “Evdəki üstünlüyümüzü qorumaq istəyirdik. Epizodlarımız da oldu. Belaji Pusi yaxaladığı epizoddan yararlansaydı... "Neftçi" bizi müdafiə olunmağa məcbur etdi. Bu komanda ilə açıq futbol oynayacaq gücdə deyildik. Amma topu hara gəldi vurmaq məsələsi ilə razı deyiləm. Futbolda olan məsələlərdi. Qapını toxunulmaz saxlamaq üçün bunlar normaldır. Hücumçular arxaya düşürdü, irəlidə heç kim olmurdu”.

Abbasov iki komandanı müqayisə etməyin düzgün olmadığını vurğulayıb: "Neftçi" ilə "Turan Tovuz"u müqayisə etmək çətindir mənim üçün. 0:4 uduzduğumuz çempionat oyununda açıq futbol oynamışdıq. Onda da rəqibin üstünlüyünü gördük. Tovuzdakı ilk oyunda tam müdafiəyə oturmamışdıq. Kompakt olmağa çalışırdıq. Sürətli əks-hücuma çıxmağı düşünürdük. Alınıb-alınmaması futbolçulardan asılıdır. Hər oyun istədiyimiz kimi olmur. "Neftçi" ilə "Turan Tovuz"u müqayisə ediriksə, tələsirik. Bəzi oyunçularımız bu gün ilk dəfə yarımfinal oynadı”.

“Bu, "Turan Tovuz"un maksimumudurmu” sualını Ayxan Abbasov belə cavablandırıb: “Bu il Premyer Liqada yeni olan komandalara baxıram, aşağı-yuxarı hamımız eyni səviyyədəyik. Stabilliyə, oyuna da baxanda, belə görünür. Bu mövsüm məqsəd liqada möhkəmlənməkdir. Güclənmək istəyiriksə, zaman lazımdır. Bu mövsüm maksimumu etdik. Gələn il daha iddialı olacağımızı demək çətindir. Çempionatda neçə illər oynayan komandalar var ki, çətinlik çəkirlər. Amma çalışacağıq ki, daha güclü olaq. Kubok bitdi. Konsentrasiyamız bu turnirə idi. Final yaşayaraq azarkeşləri sevindirmək istəyirdik. Bugünkü gündə "Neftçi" ilə yarımfinal oynamağın özü də inkişafdır. Məğlubiyyət üzücüdür, amma lazımdır. Ümumilikdə hər şeyə hazır olmalıyıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31