6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

"Neftçi"nin tarixində yeni rekordçu

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının cari mövsümündə 7-ci dəfə penaltidən qol vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ev görüşündə (1:2) fərqlənib.

Mahmudov bununla da “Neftçi”nin tarixində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu olub.

Eminə qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurub. Ruslanın bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çevirib .

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31