6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

“Torino” Musa Qurbanlı ilə maraqlanır?

"Qarabağ"ın və millimizin hücumçusu Musa Qurbanlı karyerasını İtaliyada davam etdirə bilər.

Futbolxeber.az saytının məlumatına görə, gənc istedad axtarışında olan A seriyası təmsilçisi "Torino"da diqqətlər Qurbanlıya yönəlib.

İtaliya mətbuatının iddiasına görə, bu işlə Turin klubunun idman direktoru və skaut şöbəsinin rəhbəri Davide Vaqnati özü məşğul olur.

"Torino"nun xorvat baş məşqçisi İvan Yuriçin komandaya Balkan ölkələrindən bir neçə istedadlı oyunçu gətirdiyi və yeni kəşflər axtarışında olduğu bildirilib.

İtaliyanın "Tutto Mercato" nəşrində isə Musa Qurbanlının bu mövsüm Premyer Liqada 20 qol vuraraq komandasını çempionluğa doğru aparması, "Torino"nun sabiq çalışdırıcısı Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisində də debüt etməsi və qol vurması qeyd olunub.

Xəbərdə 21 yaşlı hücumçu ilə Türkiyə klublarının da maraqlandığı vurğulanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 26 oyuna 20 qol vurub, 7 qol ötürməsi edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31