6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Qurbanovun 400-cü qələbəsi

Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının 29-cu turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə 51 yaşlı mütəxəssisə 3 gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.

Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. 25-ci turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun komandası 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.

Qurbanov karyerası ərzində üç komandaya - “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31