4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Dursun Özbek: "Azərbaycanda inanılmaz dərəcədə böyük maraq gördük"

"Qalatasaray"ın prezidenti Dursun Özbek Bakıda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunundan növbəti dəfə danışıb.

Futbolxeber.az saytının "Habertürk"ə istinadən verdiyi məlumata görə, o, ölkəmizdə çox yaxşı qarşılandıqlarını vurğulayıb:

"Keçən həftəsonu Azərbaycanda bir dostluq matçı oynadıq. İnanılmaz dərəcədə böyük bir maraq gördük. Buradan bütün azərbaycanlı qardaşlarıma, Prezident İlham Əliyevə, "Qarabağ" rəhbərliyinə salam göndərirəm. Bizi çox yaxşı qarşıladılar. Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini orada keçirilən oyunda göstərdik".

Qeyd edək ki, martın 26-da keçirilən "Qarabağ" - "Qalatasaray" oyununda İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Görüşdən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün ayrılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31