4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Okan Buruk: "Qarabağ" sanki avrokubok oyununa çıxmışdı"

"Evimizə gəlmiş kimi olduq. Bu stadionda bu şəhərdə möhtəşəm qarşılandıq. Əsas məqsəd Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım etmək idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Bakıda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu (2:1) haqda danışarkən deyib.

Mütəxəssis qeyd edib ki, qələbə qazandıqları üçün xoşbəxtdirlər: "Çox gözəl futbol gecəsi oldu. Hər kəsə təşəkkür edirəm. Xüsusilə, "Qarabağ" daha diqqətli və hazır idi. Heyətdə rotasiyalar etmişdik. Bəzi oyunçular şans qazanmırdı. Qələbə qazandığımız üçün xoşbəxtik. Sizinlə birlikdə olmaqdan daha çox şadıq".

O, Ağdam təmsilçisi ilə dostluqlarının davam edəcəyini deyib: "Şəhərə gec gəldik. Çətinliklər bizi belə oyundan məhrum etmədi. Əsas burada birlikdə olduğumuzu göstərmək idi. Bu, başlanğıc idi. "Qarabağ"la olan dostluğumuz davam edəcək. "Qarabağ" Türkiyəyə gələcək, biz Bakıya. Burada möhtəşəm atmosfer var idi. Burada olduğum müddətdə tez-tez belə oyunların keçirilməsini istəyəcəyəm".

Okan Buruk bildirib ki, "Qarabağ"ın yaxşı baş məşqçisi və futbolçuları var: "Bu gün bir neçə futbolçu ön plana çıxdı. "Qarabağ"ı bəyəndim. Yaxşı komandadır və yaxşı baş məşqçiləri var. Oyuna yaxşı hazırlaşmışdılar, sanki avrokubok matçına çıxmışdılar. Biz belə diqqətcil ola bilmədik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31