7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Ölkə futbolu

Alesio: “Bu görüş Polşa ilə oyun üçün hazırlıq xarakteri daşıyırdı”

“İstənilən kimi hazırlıq keçə bilmədik. Bugünkü görüş Polşaya qarşı duel üçün hazırlıq xarakteri daşıyırdı”.

Futbolxeber.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Bakıda Yunanıstan yığmasına 5:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün əsas mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis sonuncu matça daha çox köklənəcəklərini bildirib: “Bugünkü qarşılaşmada səhvlərə görə qol buraxdıq. Bəzi imkanlardan da yararlana bilmədik. Hesab daha böyük ola bilərdi”.

Alesio Da Silva zədələnən Xətai Bağırovun durumu haqqında danışıb: “Hələlik diaqnoz qoyulmadığı üçün dəqiq bir şey deyə bilməyəcəyəm. Onun xəsarət aldığı epizodu da görmədim”.

Baş məşqçi qrupda birinci yeri tutmaq istədiklərini sözlərinə əlavə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31