7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Ölkə futbolu

"Neftçi"nin qapıçıları Antalya toplanışı barədə: "Komandada ruh yüksəkliyi var"

"Neftçi"nin qapıçıları İvan Brkiç və Aqil Məmmədov paytaxt təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışı barədə fikirlərini bölüşüblər.

Futbolxeber.az saytının məlumatına görə, klubun televiziyasına danışan Aqil Məmmədov bildirib ki, "Neftçi"də hər şey qaydasındadır, komandada heç bir problem yoxdur:

"5 gündür yığışmışıq. Gündüz fiziki, axşam isə taktiki çalışmalarımız davam edir. Ümumiyyətlə, hər şey yaxşıdır. Allaha şükürlər olsun, bir travma yoxdur. Hər şey qaydasındadır. Komandada ruh yüksəkliyi var. Hazırlıq prosesində 2 gənc, 2 tərcrübəli qapıçının bir arada olması çox yaxşı bir şeydir. Bunu daha əvvəl etsəydilər, daha da yaxşı olardı. İndi etdilər, yenə də gözəldir. Gənc qapıçılar təcrübəlilərin yanında öyrənirlər. Məşq cəhətdən isə bu, bizim üçün də yaxşıdır. Həm onlara nə isə öyrədirik, həm də özümüz onlardan nəsə öyrənirik".

Təcrübəli qolkiper əsas heyətdə yerini itirməsinə, az oyun şansı almasına da toxunub: "Əlbəttə ki, hər bir futbolçu oynamaq istəyir. Biz buraya tək oynamaq üçün yox, "Neftçi"nin uğurları üçün toplanmışıq.  Hər bir futbolçu əlindən gələni edirik ki, komanda üçün yaxşı olsun. Komanda şəklində bir olub, qələbələrimizlə hər kəsi sevindirməyə çalışacağıq".

"Neftçi"nin digər qolkiperi İvan Brkiç isə çox çalışdıqlarını və mövsümün ikinci yarısında azarkeşləri sevindirmək istədiklərini deyib: “Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Biz çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir. Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31