6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Rahid Əmirquliyevin yubiley oyunu

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib. 

Futbolxeber.az saytının məlumatına görə. “Səbail”in kapitanının yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

O, Bakı klubuna qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub - 0:3.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” - “Şahdağ” matçında (1:0) meydana çıxıb.

450 oyunda 34 qol vuran Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31