6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Tərlan Əhmədov: “Sona qədər mübarizə apardıq”

Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” - “Kəpəz” (2:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini açıqlayıb. 

- 2022-ci ili qələbə ilə başa vurmaq istəyirdik. Tovuzdakı kubok matçından çox iddi hazırlaşmışdıq ki, heç olmasa bu oyunda qalib gələk. Dramatik oyun keçdi. Bunlar hamısı futbola gözəllik bəxş edir. Hər iki komanda qələbə istəyirdi. Yüz faizlik qol epizodlarımız var idi. Bəzilərindən yararlana bilmədik. Sayılmayan qolumuz oldu. Komandama təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Son turlaraq yaxşı çıxış edirik. Bu gün də yaxşı oynadıq. Futbolun yazılmayan qanunları var. Onları qəbul etməliyik. Bəzən Çempionlar Liqasında da bir komanda 2 qol vurur, fasilədən sonra 3 top buraxır. Azlıqda qalan rəqibə qarşı arxayınlıq yarandı. Hər şeyə baxmayaraq, futbolçulara təşəkkür edirəm. Son 12 oyunda hansısa irəliləyiş əldə edə bildik. Kollektiv oyuna üstünlük veririk. Qışdan sonra bunun bəhrəsini daha yaxşı görəcəyik.

- Son dəqiqə qolu zamanı hansı hissləri keçirdiz?

- Ani hiss keçirirsən. Bu, sözlə ifadə olunmur. Əvvəllər çox həyəcan keçirirdim, aqressiv olurdum. Sonradan baxdım ki, bir az yanaşmamı dəyişməliyəm. Can da mənim canımdır. Bir neçə komandada nəticə verdim və yola salındım. Ani hiss gəldi. Düşünürdüm ki, biz qalib gəlməli idik. Qismətə bu yazılmışdı. Təbii qarşılamalıyam. Sayılmayan qolda keçirdiyim hiss buraxdığımızda olandan çox idi. Həyatdır. İrəli baxmalı, inkişaf etməliyik. “Kəpəz”in adını qaytarmalıyıq.

- Gedən-gələnlərlə bağlı nələr dəqiqləşib?

- Yola salınan futbolçular açıqlanacaq. 7-yə yaxın futbolçudur. Yolları açıq olsun. Hamısına uğurlar arzulayırıq. Bir neçə futbolçu ilə danışıq gedir. Ayın 7-dən sonra təlim-məşq toplanışımıza qoşula bilərlər. Hücum xəttini gücləndirmək üçün əcnəbi futbolçularla danışıqlar gedir.

- Əli Səmədov əsas komandaya qayıdacaq?

- Oyunları izləmişəm. Ola bilər ki, bizimlə Antalyaya getsin. Komandaya xeyir verəcək futbolçuların üzərində işləyirəm. Aqressiv, istəkli futbolçuların daha çox olmasını istəyirəm. Danışıq apardığımız futbolçularla məsələnin dəqiqləşməsindən çox şey asılıdır. Bəzi oyunçuların getməsinə isə artıq qərar vermişəm.

- Gəncləşdirmə apardığınızı deyirsiz. Ən yaşlı futbolçularınızdan Tural Axundov qalacaq?

- Bəli, gəncləşdirmə aparırıq. O mövqeyə bir neçə futoblçuya baxırıq. Komandaya ürəyi yanan bir lider lazımdır. O, komandanın daxilində olmalıdır. Meydana çıxıb-çıxmaması şərt deyil. Artıq Turalla rəqabət aparacaq futbolçu lazımdır. Hazırda belə oyunçu yoxdur. Bir 2005-ci il təvəllüdlü oyunçumuz var. Amma hələ təcrübə qazanmalıdır. Turalın kollektivdə olması vacibdir. Heç olmasa, bir yaşlı futoblçunun olması lazımdır.

-  “Kəpəz”in büdcəsi aşağıdır. Göndərmək istədikləriniz getməsələr, yeni oyunçulaır necə cəlb edəcəksiz?

- Təşkilati məsələlərə mən cavabdeh deyiləm. Bu şeylərə qarışmıram. Bunlar rəhbərliyin işidir. Bir neçə mövqeyə futbolçu alınmalı olduğunu demişdim. Biz də başa düşürük ki, kimsə getməyə razılaşmaya bilər. Belə hadisələr olur. Amma bu, mənim işim deyil. Hamımız komandanı gücləndirməyə çalışmalıyıq. Qışdan sonra bu heyətlə uğur qazanmaq çətin olacaq. Yeni nəfəs, yeni qan lazımdır.

- Demək olar ki, şans qazanmayan Kamran İbrahimov da yola salınacaq?

- Gedənlər açıqlanacaq. Əgər bu gün Orxan Sadıqlı qapıda inamlıdırsa, hansı məşqçi başqasını oynadar? O, əvəzedici heyətin oyunçusu idi. Biz onu bu formaya gətirdik. İndi elə məvacib alır ki, onu deməyə dilim gəlmir (Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31