6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadıqov: “Möhtəşəm oyun oldu”

Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” - “Kəpəz” (2:2) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini söyləyib.

- Möhtəşəm oyun oldu. Bu gün Azərbaycan futbolu qazandı. Son vaxtlar iştirak etdiyimiz bütün oyunlar maraqlı keçir. Matça əla başlamışdıq. Lakin bir anda verilən qırmızı vərəqədən sonra hər şey dəyişdi. Ardınca ikinci “qırmızı”nı aldıq. Buraxdığımız ikinci qol bir az da komandaya pis təsir etdi. İkinci yarıda daha yaxşı çıxış etdik. Rəqibə qırmızı vərəqə aldırmaq istəyirdik. Bu da işlədi. Məğlubiyyətə çox yaxın idik. Azlıqda və geridə olanda da yaxşı qol epizodlarımız oldu. Komanda bu gün çox ürəkli oynadı. 4 gün əvvəl 120 dəqiqəlik ağır oyunumuz olmuşdu. Fiziki və psixoloji yorğunluq var idi. Belə xarakter göstərməyimiz mənim üçün qələbəyə bərabərdir. Ən vacib olan komandanın belə xarakterdə olmasıdır. Daha yaxşı olması üçün çalışacağıq.

- Hakimlik bu matçda hansı planda idi?

- Bu barədə danışmaq istəmirəm. Məğlub olsaq da, danışmamağa çalışacağımı fikirləşirdim. Etiraz etdiyimiz epizodlar var idi. Son ümid foluna görə VAR-a baxdı, amma sonra sarı vərəqə verdi. Bəlkə də qərarlar təkmilləşib. İlk dəfə belə şey gördüm.

- Coşqun Diniyevin artıq 18-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodda onu qıdanız?

- Epizodu görməmişəm, baxmalıyam. Var idisə, daha ehtiyatlı, səliqəli oynamalı idi. Belə epizodlarda diqqətli olmaq lazımdır. Bizə qarşı çox həssas qərarlar verilir. Bizə qarşı çox soqyuqqanlı qərarlar verirlər. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat İsmayıllı gənc hakimdir. Son vaxtlar təyinat alır. Bilmirəm.

- VAR-dan sonra sarı vərəqə verməsi barədə referidən soruşmaq imkanınız oldu?

- Baş hakimdən soruşa bilmədim. İlk dəfədir, belə halla qarşılaşıram. 4-cü hakim bildirdi ki, belə qayda var. Qırmızı verilsəydi, sonra “sarı”ya çevrilsəydi - belə epizodlar görmüşük. Amma bu cür hal ilk dəfə gördüm.

- Qış transferləri ilə bağlı hansı planlarınız var?

- Axtarışlar davam edir. Danışıqlar aparırıq. Bir az problemli görünür. Güclənməyə çalışacağıq.

- Hansı mövqelərə transferlər olacaq?

- Hər xəttə transfer planlaşdırırıq. Bu heyət qalacaq. Ola bilər hansısa dəyişikliklər olsun (Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31