6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər"

“Neçə oyundur ki, azarkeş baxımından kasadlıq idi. Bu gün bizimlə idilər. Onlarla stadionda olmaq yaraşır. Futbolçularımı təbrik edirəm. İlin son matçı olmasına baxmayaraq, istək, konsentrasiya çox vacib idi. İlk dəqiqədən sona kimi bunu qoruyub saxlaya bildilər. Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər. Mahmud Qurbanova və komandasına uğurlar arzulayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O,  komandanın qış fasiləsinə kimi çıxışı haqda bunları söyləyib: "Burada bir-bir hamısını söyləmək mənim üçün asan deyil. Gərək geriyə qayıdım, hansısa oyunu düşünüm. Ümumən futbolçularımın yanvar ayından bu günə kimi olan çıxışından tam razı qaldım. Çox möhkəm bir il keçirdilər. Bəzi oyunları çıxmaq şərtilə çox istəkli kollektiv gördüm". 

Mütəxəsiss  hazırda komandada yolları ayıracaqları bir futbolçu olmadığını vurğulayıb.

Q.Qurbanov futbolçusu Ramil Şeydayevin builki çıxışı ilə bağlı söyləyib: "Ondan bu cür çıxış gözləyirdim. Çünki, onu inanaraq komandaya götürmüşəm. Ramilin fiziki yükləmələri qəbul edəcək orqanizmi var. Oyun baxımından onda xeyli irəliləyiş var. Ramilə inanırdım. Ona görə də çox oyunlarda onu start heyətdə meydana buraxırdım. Onun performansına ancaq sevinirəm. O, dayanmalı deyil. Əksinə, gələn il daha da bacarıqlı və istəkli olmalıdır".

O, Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri "Gent" haqda da danışıb: "Rəqib haqda məlumatım var. Oyunlarını da izləmişəm. Qarşıda vaxt çoxdur. Ola bilər ki, bizimlə oyuna kimi komandada ümumi dəyişikliklər olsun. Qarşıdakı vaxtlarda "Gent"lə daha yaxından tanış olacağıq".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31