6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Mahmud Qurbanov: "Belə oynaya bilmərik"

"Bu il sonuncu rəsmi oyunumuz idi. Rəqib nə qədər güclü olsa da, qələbə qazanmaq istəyirdik. Ən azından heç-heçə etməyə çalışırdıq. Oyuna heç də pis başlamadıq. Birinci hissədə demək olar ki, rəqibə qol epizodları vermədik. İkinci hissədə yorğunluq və rəqib futbolçuların ustalığı məğlub olmağımıza gətirib çıxardı. Futbolçularım əllərindən gələni etdilər. Bu il bizim üçün heç də yaxşı keçmədi. Olanımız budur. Çalışacağıq ki, dəyişikliklər edək. Belə oynaya bilmərik. Qışda normal futbolçu tapmaq çox çətin məsələdir. Amma axraracağıq. Tapa bilsək, komandaya cəlb edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Birinci hissədə müdafiədə səhvlər etmədik. İkinci hissədə isə yorğunluq öz sözünü dedi. Bizim ehtiyat qüvvəmiz o qədər deyil ki, hansısa dəyişikliklər edək. Bəzi futbolçuların yorulduğunu biz də görürdük. Birinci qol məncə, mübahisəli idi. İndi baxdığıma görə, orada Ağabala Ramazanovu yıxmışdılar. Ayağına təmas var idi", - deyə o bildirib.

Mütəxəssis bəzi futbolçular komandanı tərk edə biləcəyini vurğulayıb: "Normal oyunçu tapdığımız təqdirdə onlarla yolları ayırmağa çalışacağıq".

M.Qurbanov "Neftçi"dən bir neçə futbolçunu komandaya cəlb edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib: "Heç nə deyə bilmərəm. Əlbəttə ki, bizə mərkəz müdafiəçisi və forvard lazımdır. Hələ rəsmi heç nə yoxdur". 

O, kubokda "Sabah"ı məğlub edən "Səbail" çempionatda uğursuz çıxışının səbəbi haqda da danışıb: "Biz də çalışırıq ki, kubok oyunu ilə çempionat oyununu ayırmayaq. Kubok matçları az olur. Çempionat isə uzundur. Bugünkü yorğunluğun əsas səbəbi bəzi futbolçuların "Sabah"la qarşılaşmada çox güc sərf etməsidir. Məşqçi olaraq zəif yerlərimizi bilirik. Bəzi futbolçular dəvət etdikdən sonra çalışacağıq ki, belə səhvlər buraxmayaq və çempionatda daha yaxşı çıxış edək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31