6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Sumqayıt” antirekordunu təkrarladı

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XVIII turunda “Sabah”ı qəbul edib. 

Futbolxeber.az saytının məlumatına görə, öz meydanında 0:6 hesabı ilə uduzan Samir Abasovun yetirmələri klub tarixinin antirekordunu təkrarlayıb.

Bu, klub tarixinin Premyer Liqada iki ən ağır ev məğlubiyyətlərindən biridir. “Sumqayıt”ın digər acınacaqlı nəticəsi də eyni hesabla olub.

Həmin matç 2018/19 mövsümünə təsadüf edib. 2019-cu il aprelin 1-də “Qarabağ” Sumqayıtda 6 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan “Gənclik şəhəri” təmsilçisi bu qədər qol buraxan 8-ci komandadır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31