6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Neftçi"nin oyunu göz qabağındadır"

“Əvvəldən də bilirdik ki, çox çətin olacaq. “Neftçi”nin oyunu göz qabağındadır. Birinci hissədə qol imkanlarımız var idi. Sadəcə olaraq yararlana bilmədik. “Neftçi” təcrübəsindən istifadə edib qol vurdu. İkinci hissədə rəqib çox üstün oyun nümayiş etdirdi. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Bu, bizim ikinci dövrədə ikinci məğlubiyyətimizdir. Futbolçularımızla fəxr edirik. Hər zaman onların arxasında dayanmışıq”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"yə uduzduqları matçdan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib. 

Mütəxəssis 2-ci hissədə yol verdikləri səhvlərdən danışıb: "Çox önə atıldıq. İstəyirdik ki, qol vuraq. İtkilərimiz də var idi. Birinci hissədə Qurban Səfərov sarı vərəqə aldığına görə risk etmədik, onu əvəzlədik. Gəncdir, qırmızı vərəqə alıb həvəsdən düşə bilərdi. Həmin mövqeni doldura bilmədik. Ümumi olaraq da boşluqlar verdik. Eyni qaydada davam edirdik. Buraxdığımız qollar diqqətsizlikdən oldu. Ümumi götürəndə müdafiə planında yaxşı oynamışıq".

Əsgərli futbolçusu Qurban Səfərovun sarı vərəqə alması ilə bağlı bunu deyib: "Çox işlər görürük. Perspektivli futbolçudur, onu itirə bilmərik. Oyundan əvvəl çox istəkli olur. Bu aldığı sarı vərəqədə intizamsıqlıq yoxdur". 

Çalışdırıcı qış transfer pəncərəsində pleymeyker və dayaq yarımmüdafiəçisi alıb-almayacaqları ilə əlaqədar sualı da cavablandırıb: "Düzdür. Elvinin yoxluğu oyunumuza təsir göstərir. Bir neçə mövqedə problemlərimiz var. Gənc oyunçular axtarırıq. İşimiz gəncləri inkişaf etdirməkdir. Biz bir-iki nəfərdən formalaşmamışıq. Amma Elvin Məmmədovla Adil Nağıyev kimi təcrübəli futbolçuların olmağı bizim üstünlüyümüzdür". 

V.Əsgərli "Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadənin transferi planınızda var?" sualına isə belə cavab verib: "O haqda danışmırıq. Əvvəllər planda var idi. Amma indi istəyirik ki, sırf gənc oyunçular transfer edək. Kifayət qədər təcrübəli futbolçumuz var. Amma həyatdır, bilmək olmaz. Sabahdan trabsfer işləri ilə məşğul olmağa başlayacağıq". 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31