6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

AFFA Tovuzdakı qalmaqallı oyuna görə cəzaları açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, 20.12.2022-ci il tarixində Azərbaycan Kuboku 1/4  final mərhələsinin “Turan Tovuz” - “Kəpəz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Turan Tovuz” klubu 4000 manat cərimə edilib.

Oyun zamanı meydana kənar əşyaların atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

Oyunda kənar şəxslərin meydana daxil olmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

Matçın gedişində azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

Qarşılaşma zamanı “Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilib. 

“Kəpəz” komandasının 9 nömrəli oyunçusu Mate Kvrikvia oyundan sonra ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31