6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Azərbaycan Birinci Divizionu dünyadakı futbol turnirlərində meydan sahiblərinin qələbə faizinə görə, ilk “10-luğ”a düşüb.

Futbolxeber.az saytının məlumatına görə, araşdırma zamanı milli çempionatlarla yanaşı, avrokuboklar, aşağı yaş qrupu liqaları və qadınlar arasında təşkil edilən yarışlar da nəzərə alınıb.

Azərbaycan I Divizionu 250 turnirin yer aldığı siyahının 9-cu pilləsində qərarlaşıb. Birinci dəstənin geridə qalan 15 turunda baş tutan 105 matçdan 62-də meydan sahibləri qələbəyə seviniblər. Aşağı liqa 59 faizlik göstərici ilə ilk “10-luğ”a düşməyi bacarıb. “Araz Naxçıvan”ın liderlik etdiyi çempionatın ilk dövrəsində qapılara ümumilikdə 324 qol vurulub.

Azərbaycan Kubokunun cari mövsümündə isə 1/8 və 1/4 final mərhələlərində keçirilən 14 görüşün yarısında -7-də ev sahibləri qalibiyyətə sebiniblər. 100-cü sırada yer alan ölkə kuboku 50 faizlik göstəriciyə malik 31 turnirdən biridir. Azərbaycan Kubokunun ilk iki raundunda ümumilikdə 41 qol qeydə alınıb.

Siyahıya meydan sahiblərinin 68 faizlik üstünlüyü ilə İtaliya Kuboku və Misir Kuboku başçılıq edirlər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında bu mövsüm keçirilən 85 qarşılaşmanın 35-də qonaqlar əliboş yola salınıblar. Çempionatda ev sahibləri 41 faizlik göstəriciyə imza atıblar ki, bu, siyahıya düşmək üçün kifayət etməyib (Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31