6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

"Səbail" üçün ilk - "Professor"la oldu

Mahmud Qurbanov bu mövsümdən baş məşqçisi olduğu "Səbail"in tarixinə düşüb. 

Futbolxeber.az saytının məlumatına görə, "dənizçilər" 2016/17 mövsümündən yarışdığı Azərbaycan Kubokunda ilk dəfə yarımfinala "Professor" ləqəbli hazırkı çalışdırıcısıyla çıxıb.

Özü də bu, turnirin favoritılərindən sayılan "Sabah"ı hər 2 oyunda məğlub edərək (evdə 3:2, səfərdə 1:0) mübarizədən kənarlaşdırmaqla reallaşıb. Bu, Qurbanov üçün də baş məşqçi kimi ilk yarımfinal olacaq. 

"Səbail" bunadək 4 dəfə yarımfinalı bir addımlığında olsa da, hər dəfə 1/4 finalda dayanıb. Bu, Premyer Liqada debüt mövsümü olan 2017/18-də Samir Əliyevin, 2018/19, 2020/21 və 2021/22 mövsümlərində Aftandil Hacıyevin baş məşqçiliyi dövründə olub.

Maraqlıdı ki, "Səbail" "Sabah"la Kubokda ilk dəfə görüşürdü və bu, ona tarixi nəticə gətirdi. O da maraqlı məqamdı ki, "dənizçilər" bu uğurlu matçdan əvvəl Premyer Liqada son pilləyə düşmüşdü.

Onu da bildirək ki, 49 yaşlı Qurbanov futbolçu kimi Azərbaycan Kubokunu ən çox qazananlardan biridi - 4 dəfə. Bu, 2 dəfə "Kəpəz"lə, hərəyə 1 dəfə "Neftçi" və "Xəzər Lənkəran"la olub.

Xatırladaq ki, "Səbail" növbəti ili aprelində keçiriləcək yarımfinalda "Qəbələ"ylə qarşılaşacaq (Sport24.az)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31