6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Murad Musayev: "Özümüz günahkarıq"

"Böyük üstünlüyə malik idik. 90 dəqiqə rəqibi təzyiq altında saxladıq. Biz birinci qolu vurmalı idik ki, oyun açılsın. Bu gün futbolçularımı qınaya bilmirəm. Çünki, onlar meydanda əllərindən gələni etdilər. Amma nəticənin belə olmasında özümüz günahkarıq. Birinci matçda belə hesab olmamalı idi ki, bu gün "Səbail" özünü bu cür rahat hiss etsin". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.

 "Deyə bilərik ki, mövsümün son hissəsini əvvəlindən pis keçiririk. Hər dəfə deyirəm ki, bizim üçün önümüzdəki oyun önəmlidir. Hədəf qarşıdakı "Sumqayıt"la matçdır", - o bildirib.

Mütəxəssis futboçularda yorğunluğun ola biləcəyini vurğulayıb: "Amma bu, daha çox psixoloji yorğunluqdur. İlin son oyunu üçün özümüzdə güc tapmalıyıq. Hesab edirəm ki, gücümüz çatmalıdır. Qırmızı vərəqələr də bizim oyunumuza çox təsir edə bilər. Azlıqda qalanda meydanda olan futbolçular qırmızı vərəqə görənin də yerinə işləməli olurlar. Bu da yorğunluğa gətirib çıxarır. Nəticələrin pis olmasında günahkar futbolçular və məşqçilərdir. Əgər biz əvvəllər aqressiv şəkildə rəqibləri sıxıb istədiyimiz nəticələri əldə edirdiksə, indi bu aqressiya yoxdur. Bunu yenidən geri qaytarmaq lazımdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31