6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Mahmud Qurbanov: "Onlar narahatlığa da davam etsinlər, biz öz işimizi görəcəyik "

“Kubok oyunları hər zaman fərqli olur. Bu gün bunun şahidi olduq. Kubokda komandamız çox yaxşı təsir bağışlayır. 3 oyunda da qələbə qazanmışıq. Bu gün də güclü rəqibi mübarizədən kənarlaşdırdıq. Futbolçulara təşəkkür edirəm, belə davam etmək lazımdır. Qarşıdakı matçlarda da qələbə üçün çalışacağıq. Klub tarixində ilk dəfə yarımfinala yüksəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Sabah"a 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.

O, "Səbail"in Şirvan şəhərinə göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Tək "Səbail"i yox, məni də istefaya göndərirdilər. Bəzi saytlarda elə yazılmışdı. Nəsə demək mənim üçün də çətindir. Hər oyundan sonra məni “göndərirlər” yerimə başqasını “gətirirlər”. Səbəbi həmin adamların özlərindən soruşmaq lazımdır. Bəzən mənə elə gəlir ki, kənardan bəzi şəxslər "Səbail"ə daha çox can yandırırlar, nəinki biz. Çox cənfəşanlıq edirlər. Komandada olan bəzi şeyləri çox şişirtməyə çalışırlar. Amma biz futbolçularımıza inanırıq, hamısının arxasındayıq. Onlara güvənimiz çoxdur. Futbolçular da, biz də istəyirik ki, yaxşı yerlərdə olaq. Mətbuatı mən də oxuyuram. Özüm də özümə sual verirəm ki, niyə bizim komandada belə şey var? Yəni mən belə şeylər etmişəm? Bu, həmişə olacaq. Bəzi insanlar çox narahatdırlar. Narahatlığa da davam etsinlər. Biz öz işimizi görəcəyik. Komandada nizam-intizam hamı üçün eynidir. Bizim üçün yerli və ya legioner oyunçunun fərqi yoxdur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31