6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ” üçün yubiley qələbəsi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Elmar Baxşıyevin komandası ev matçında “Qarabağ”a qalib gəlib - 1:0. Görüşdə yeganə qola Ramon Maçado imza atıb.

Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, birinci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.

Xatırladaq ki, “Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Birinci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31