6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Elmar Baxşıyev: "Komanda xarakter göstərdi"

"Ağır oyun olacağını bilirdik. Demək olar ki, 2 həftə ərzində üçüncü dəfə “Qarabağ”la qarşılaşırdıq. Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir. Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 90 dəqiqə layiqli mübarizə apardıqlarını bildirib: “Qarabağ” kimi komandaya qarşı sonadək vuruşduq. Heyətimiz geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynadı. Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib. İndi avrokubok haqda düşünmürük. Çempionatda ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31