6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qarabağ” qış çempionu olmaqla “Neftçi”nin rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasında qış çempionu bəlli olub. 

Futbolxeber.az saytının məlumatına görə, bu, XVII turda müəyyənləşib. “Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanacağını təmin edib.

Qurban Qurbanovun yetirmələri “Azersun Arena”da “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da çempionatın lideri xal hesabını 47-yə çatdırıb. Ağdamlılar iki matçı qalan “Sabah”ı artıq 8 xal qabaqlayır.

“Qarabağ” tarixində 9-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/22 mövsümlərinin ilk yarısını zirvədə tamamlayıb.

Bununla da “Qarabağ” “Neftçi”yə məxsus olan rekordu təkrarlayıb. Bakılılar da 9 dəfə qış fasiləsinə lider kimi yollanıb. “Ağ-qaralar” 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21 mövsümlərinin qış çempionu olublar. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “Şamaxı” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanıb. “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), "Xəzər Lənkəran" (2006/07) və “Şüvəlan”ın (2007/08) bir uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31