6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Elmar Baxşıyev: “Layiqli mübarizə apardıq”

“Beş gündən bir oynasaq da, matçın dinamik keçməsi xoşuma gəldi. Komanda görüşün sonunadək tempi saxlaya bildi. Layiqli mübarizə apardıq".

Futbolxeber.az saytının məlumatına görı, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərş edib: "Heç-heçə də edə bilərdik. Əldə etdiyimiz epizodları dəyərləndirə bilsəydik, nəticə fərqli ola bilərdi. Komandanın oyunundan razıyam, istədiyimi meydanda göstərir. Dinamikanı saxlamaq güc tələb edir. Futbolçularıma təşəkkür edirəm. Komanda meydanda müsbət impuls verir. İnanıram ki, getdikcə daha yaxşı oyun göstərəcək və nəticə qazanacaq".

Görüşün sonunda baş hakimi Kamranbəy Rəhimov tərəfindən sarı vərəqə ilə cəzalandırılan çalışdırıcı referinin qərarları haqda danışmaq istəməyib:  "Hakimləri müzakirə etmək istəmirəm. Onların da öz rəhbərləri var və lazımi tapşırıqlar veriləcək. Mövsüm uzundur. İndi avrokubokları deyil, qarşıdakı matçı düşünürük. Qitə kuboklarına yer üçün mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31