4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Tərlan Əhmədov: “Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım”

“Maraqlı oyun oldu. Bilirdik ki, rəqib əks-hücumda oynayacaq və belə həmlələrdə bizi müdafiədə tutmağa çalışacaq. Bütün oyunları hücumda oynayan komanda kimi bizi analiz etmişdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XIV turunda “Turan Tovuz”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis qolsuz heç-heçəni belə şərh edib: “Açığı, rəqibi təzyiq altında saxladığımızı deyə bilərəm. İmkan vermirdik ki, rəqib meydanın özünə aid olan hissəsindən çıxsın. Hücumları vardı. Bizi əks-hücumlarda yaxalamağa səy göstərirdilər. Birinci hissədə oyunun taleyinə bəlkə də aydınlıq gələ bilərdi. Yaradılan qol imkanlarından lazımınca istifadə olunsaydı”.

Əhmədov futbolçunun mübarizə əzmini qeyd edib: “Oyun baxımından hətta məğlub olsaydıq belə razı qalacaqdım. Son dəqiqələrdə rəqib bizim qapı önündə iki qol epizodu yaratdı. Təbii ki, bütün oyunu hücumda çıxış edən komandanın müdafiə xəttində boşluqlar verməsi qaçılmazdır. Qonaqların əks-hücumda oynaya biləcək oyunçuları var. Futbolçularım mübariz oyun keyfiyyəti ortaya qoydular. Rəqibə imkan vermədilər ki, öz oyununu diqtə etsin. Hər halda bir xal hər iki komanda üçün layiqli nəticədir. Bu gün səhvi minimuma endirmişdik. Hər zaman çalışırıq ki, komandada oyun nizam-intizamı yaxşı olsun. Rəqiblər arasında fərq qoymadan həmişə hücum futbolu oynamağa çalışırıq. İstədiyim futbolun çox hissəsini bu gün meydanda gördüm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31