4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Ayxan Abbasov: "Risk etdik..."

"Gəncədə oynamaq xoşdur. Gözəl atmosfer var idi, yerli azarkeşlər komandalarına ruh verirdilər, bizim azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm, həmişə olduğu kimi bizi tək qoymadılar, sona kimi dəstəklərilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”lə oyundan sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Abbasov Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Kəpəz”lə qolsuz başa çatan görüş belə şərh edib:

“Ağır qrafikdə idik. Son 3 oyun çətin idi. Yorğunluqdan əlavə çoxlu zədəlimiz var. Bəzi futbolçularımıza təşəkkür düşür. Risk etdik, bəlkə də yenidən zədələnə bilərdilər. Bu oyunun mahiyətini bilirdik ki, bizə xal lazımdır. Çünki bizdən aşağıda olan rəqiblər yaxınlaşır. Mübarizəli oyun oldu. Belə oyunlarda epizodlar az olur. Hər iki tərəfin də fürsətləri oldu. Fasilə var. Çalışacağıq ki, istirahəti də bərpanı da sağlıqlı şəkildə keçib növbəti oyunlarda bütün heyətlə oyunlara çıxaq. Növbəti oyunlara baxacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31