4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

"Qələbəyə görə çox çalışdıq. Çətin həftələrdən sonra biz buna inanmağı dayandırmadıq. Bütün klub üçün xoşbəxtəm. İndi bütün diqqətimi milli komandaya yönəldəcəyəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qrasshopper"in  futbolçusu Renat Dadaşov İsveçrə çempionatının 16-cı turunda "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Millimizin üzvü sözügedən görüşdə komandasının qələbə qolunun müəllifi olub. O, "Bazel"lə matçda yaxşı müdafiə olunduqlarını söyləyib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq. Mövsümün ilk yarısında çoxlu eniş-yoxuşlarımız oldu. Amma indi 20 xal toplamışıq. Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".

Qeyd edək ki, millimiz noyabrın 16-ı Moldova, noyabrın 20-i Şimali Makedoniya yoxlama görüşləri keçirəcək.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31