4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Kəpəz"in qapıçısı: "Revanş almaq üçün meydana çıxacağıq"

“Oyuna hazırlıq tam ciddi şəkildə gedib. Həftə ərzində məşqçilərin verdiyi tapşırıqlar üzərində işləyib qarşıya qoyulanları yerinə yetiməyə çalışmışıq. Bu tapşırıqların öhdəsindən oyunda da gəlib qələbə qazanmaq istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in qapıçısıüzvü Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 14-cü turunda “Turan Tovuz"la oyun öncəsi klubun feysbuk səhifəsinə açıqlamasında deyib.

“Qərb derbisinin atmosferi tam fərqlidir. Doğma meydanda azarkeşlərimizin qarşısında oynayacağıq. Revanş almaq üçün meydana çıxacağıq. Ev və fanat amilindən lazımınca istifadə edib qalib gəlmək fikrindəyik”, - deyə o bildirib.

Orxan Sadıqlı komandada əhval-ruhiyyənin yaxşı olduğunu, oyuna motivasiya ilə çıxacaqlarını bildirib: “Psixoloji durumumuz yerindədir. Qələbə qazanmaq üçün hər şey öz əlimizdədir. Yenə deyirəm, tapşırıqları düzgün yerinə yetirə bilsək, sevinən tərəf biz olacağıq”.  

Qapıçı derbi öncəsi azarkeşlərə də səslənib: “Fanatlarımıza minnətdaram, ev və ya səfər oyunu demədən bizi hər görüşdə tribunadan dəstəkləyirlər. Derbidə də onları stadionda görmək istəyirik. Sona qədər bizə dəstək olsunlar. Əmin olsunlar ki, futbolçular final fitinə kimi layiqli şəkildə mübarizə aparacaqlar”.

Qeyd edək ki, bu  gün keçiriləcək "Kəpəz" - "Turan Tovuz" görüşü saat 14:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31