4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Elmar Baxşıyev: “Üzülmək yox, irəli baxmaq lazımdı”

“Maraqlı oyun alındı. Matçın sürəti, dinamikası yaxşı idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra deyib.

“CBC Sport”a açıqlamasında Baxşıyev komandasının 0:2 hesablı yenilgisini qol epizodlarını qaçırmaqları ilə əlaqələndirib:

“90 dəqiqə ərzində çoxlu qol epizodları yaxalasaq da, təəssüf ki, onlardan yararlana bilmədik. “Neftçi” isə əks-hücumlarda qollar vurdu”.

Yenilgiyə baxmayaraq, “Qəbələ”nin çalışdırıcısı komandasından narazılıq etməyib: “Komandanın çıxışından razıyam. Üzülmək yox, irəli baxmaq lazımdı. Daha çox çalışıb, yolumuza davam etməliyik”.

Elmar Baxşıyev vurğulayıb ki, komandası hər matçda 7-8 qol epizodu yaradır:

“Vəziyyəti dəyişməyə çalışırıq. Sürətli hücumlar qursaq da, dəyərləndirmədə axsadıq. Qol vurmayanda rəqibə şans yaradırsan, rəqib də bundan yararlanır. Daha çox çalışmaq lazımdı. Oyun ərzində 7-8 qol epizodu yaratsaq da, faydalana bilmirik. Səhvlərimizi düzgün analiz edib qarşıdakı görüşlərə daha yaxşı formada köklənəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31